Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“İtaliya birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

“İtaliya birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” Layihə

“İtaliya birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

Elxan Şahinoğlu: "Rəsmi Bakı ümid edir ki, İtaliya ATƏT-ə sədrlik etdiyi dövrdə münaqişənin həllinə çalışacaq"


Dağlıq Qarabağla bağlı danışıqlar prosesində heç bir irəliləyiş yoxdur. Ermənistanın yeni hakimiyyəti də qeyri konstruktiv mövqe nümayiş etdirir. Belə olduğu halda həmsədrlik institutu ilə bağlı yeniliyə ehtiyac varmı? Yaxud danışıqlar prosesi daha geniş formatda aparıla bilərmi? Xatırladaq ki, bu il ATƏT-ə İtaliya sədrlik edəcək. İtaliyanın prezidenti Sercio Mattarella isə Azərbaycana səfərə gəlib və İtaliya ilə Azərbaycan arasında bir sıra mühüm sənədlər imzalanıb.
Prezident İlham Əliyev İtaliya prezidenti Sercio Mattarellanın şərəfinə keçirilən rəsmi qəbulda bildirib ki, bu gün Azərbaycan regional əməkdaşlığın və təhlükəsizliyin təmin olunması işində fəal rol oynayır: "Lakin Ermənistanın Azərbaycana qarşı 20 ildən artıqdır ki, davam edən təcavüzü bölgədə sülhün təmin olunması işinə böyük əngəllər törədir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi bu təcavüzün nəticəsində işğal olunmuş, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilmişdir. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib.
Əfsuslar olsun ki, Ermənistan bu günə kimi bunların heç birinə məhəl qoymur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bir neçə gün əvvəl Azərbaycan ilə Avropa İttifaqı arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri" sənədində ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığının dəstəklənməsinə sadiqlik öz əksini tapıb. Bu yaxınlarda NATO-nun Brüsseldə keçirilmiş zirvə toplantısının yekununda qəbul edilmiş Bəyannamədə müttəfiq dövlətlər Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə və eləcə də münaqişənin bu prinsiplər əsasında həllinə bir daha dəstək ifadə ediblər. Biz ümid edirik ki, ATƏT-in fəaliyyətdə olan sədri İtaliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində fəal rol oynayacaq".
Prezident İlham Əliyev bundan bir gün öncə İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə birgə mətbuata bəyanatında deyib ki, İtaliya hazırda ATƏT-in sədridir: "...Mən cənab Prezidenti münaqişə ilə bağlı məlumatlandırdım, danışıqların hazırkı vəziyyəti ilə bağlı Azərbaycanın mövqeyini ifadə etdim. Biz istəyirik ki, bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə öz həllini tapsın. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları – Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon uzun illərdir ki, Ermənistanın işğalı altındadır. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır və 1 milyondan çox azərbaycanlı məcburi köçkün, qaçqın vəziyyətində yaşayır. Xalqımıza qarşı hərbi cinayətlər törədilmişdir. İşğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimiz məhv edilmişdir. ATƏT işğal edilmiş bölgələrə iki dəfə faktaraşdırıcı missiya göndərmişdir. Bu missiyaların məruzələrində göstərilir ki, bütün tarixi abidələrimiz, infrastruktur obyektləri Ermənistan tərəfindən dağıdılıb. Münaqişənin həlli üçün hüquqi əsas var. BMT Təhlükəsizlik Şurası 25 il bundan əvvəl 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və bu qətnamələrin icrası təmin edilməlidir. Əfsuslar olsun ki, Ermənistan uzun illərdir bu qətnamələrə məhəl qoymur, öz işğalçı siyasətini davam etdirir və status-kvonu saxlamaq istəyir. Bu məsələ ilə birbaşa məşğul olan Minsk qrupunun həmsədr ölkələri prezidentlər səviyyəsində dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Biz bu mövqeyi dəstəkləyirik və hesab edirik ki, tezliklə münaqişənin həlli üçün addımlar atılmalıdır, Ermənistanın işğalçı qüvvələri bizim tarixi torpaqlarımızdan çıxarılmalıdır".
İtaliya Prezidenti Sercio Mattarella mətbuata bəyanatında söyləyib: "Bizim Azərbaycan ilə ikitərəfli və çoxşaxəli münasibətlərimiz bir az bundan öncə imzaladığımız sazişlərlə də bir daha özünü sübut edir. Mən demək istəyirəm ki, İtaliya tərəfi ATƏT-də sədrliyi çərçivəsində də Azərbaycana öz töhfəsini verəcəyini bir daha vurğulayır. İtaliya xüsusən regionda olan problemlərlə bağlı, həmçinin Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı ATƏT-ə sədrlik çərçivəsində öz dəstəyini göstərəcək. Biz istəyirik ki, bu sahə üzrə danışıqların formatlarını dəyişmək əvəzinə, əksinə, regionda təhlükəsizliyi təmin edə biləcək yeni danışıq yolları tapılsın. Çünki bizim fikrimizcə, bu münaqişənin həlli hərbi yolla deyil, siyasi yolla baş verməlidir. Bu həll yolu sabit, uzunmüddətli və beynəlxalq hüquq çərçivəsində olmalıdır".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, bu, İtaliyanın prezidenti Sercio Mattarellanın Azərbaycana ilk səfərdi idi: "İtaliya prezidenti əvvəlcə Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüşdü. Prezidentlərin görüşündən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş oldu. İki ölkə arasında müxtəlif sənədlər imzalandı. Bundan sonra prezidentlər mətbuata bəyanatla çıxış etdilər". Politoloq deyib ki, İtaliya ilə əməkdaşlıq Azərbaycan üçün bir neçə baxımdan vacibdir: "Birincisi, İtaliya hazırda ATƏT-ə sədrlik edir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olur. İtaliya birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Buna görə də rəsmi Bakı ümid edir ki, İtaliya ATƏT-ə sədrlik etdiyi dövrdə Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışacaq. İtaliya prezidenti də çıxışında bu məsələyə diqqət ayırdı: "İtaliya ATƏT-də sədrliyi çərçivəsində də Azərbaycana öz töhfəsini verəcəyini bir daha vurğulayır. İtaliya xüsusən regionda olan problemlərlə bağlı, həmçinin Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı ATƏT-ə sədrlik çərçivəsində öz dəstəyini göstərəcək". Azərbaycan prezidenti İlham Əliyev italiyalı həmkarının bu açıqlamasına cavab olaraq "əminik ki, İtaliya Qarabağ münaqişəsinin həllində fəal rol oynayacaq" ifadəsini səsləndirdi". Elxan Şahinoğlu onu da deyib ki, İtaliyanın ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həll olunacağını proqnozlaşdırmaq çətindir: "İtaliyadan əvvəl digər dövlətlər də ATƏT-ə sədrlik ediblər. Həmin dövlətlər İtaliya kimi Azərbaycanın strateji tərəfdaşlarıdır. Ancaq həmin dövlətlər də münaqişənin həllinə nail ola bilmədilər. Səy göstərdilər, ancaq alınmadı. Buna baxmayaraq, İtaliyanın münaqişənin həllində fəallığını artırması Azərbaycan üçün az əhəmiyyət daşımır. İkincisi, İtaliya Azərbaycanın Avropa İttifaqı və NATO ilə inteqrasiyasına dəstək verir. İtaliya Brüssellə Bakı arasında strateji tərəfdaşlıq sazişinin qısa müddətdə imzalanmasına çalışır. Azərbaycanın Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşlıq sazişi var, bunlardan biri İtaliyadır. İki ölkə arasında saziş 2014-cü ildə imzalanıb. Üçüncüsü, Avropa İttifaqı dövlətləri arasında Azərbaycanın əsas ticarət tərəfdaşı məhz İtaliyadır. İtaliyanın bir neçə şirkəti Azərbaycanda fəaliyyət göstərir, fabrik və zavodların tikintisində yaxından iştirak edirlər. Azərbaycan sənayesi İtaliyanın texnologiyalarına ehtiyac duyur. Dördüncüsü, TAP boru xətti tikildikdən sonra Avropa dövlətləri arasında məhz İtaliya Azərbaycan qazının əsas alıcılarından birinə çevriləcək. İndinin özündə də Avropa İttifaqı dövlətləri arasında Azərbaycan neftini ən çox alan ölkə İtaliyadır. İtaliya prezidenti Bakıdakı açıqlamasında Xəzər dənizinin qazının Avropa üçün çox önəmli olduğunu bildirdi. İtaliya prezidentinin bu açıqlamasına baxmayaraq, İtaliyanın yeni hökumət üzvləri TAP layihəsi ilə bağlı bəzən ikibaşlı açıqlamalar verirlər. Bu boru xəttinin ekologiyaya zərər vuracağını söyləyənlər də var İtaliyada. Ona görə də vacibdir ki, İtaliyanın baş naziri və digər hökumət üzvləri də TAP layihəsi ilə bağlı qəti mövqe bildirsinlər. İtaliyanın hazırki hökuməti isə populist partiyaların koalisiyasından formalaşıb. Beşincisi, İtaliya prezidenti Bakıda başqa maraqlı fikir də söylədi: "Biz müdafiə sahəsində şirkətlərimizin əməkdaşlığı barədə danışdıq. Çünki biz inanırıq ki, İtaliyanın bu sahədə əldə etdiyi texnologiyalar Azərbaycanın iqtisadiyyatına öz töhfəsini verə bilər".
Müdafiə sahəsində əməkdaşlıq iki ölkə arasında münasibətlərə yeni səhifə aça bilər. Ancaq bu məsələdə əsas söz sahibi yenə İtaliya prezidenti deyil, hökumətdir. Ona görə də İtaliya prezidentinin Azərbaycanla bağlı dediklərinin bu ölkənin baş nazirinin də təsdiqinə ehtiyac var. Bu baxımdan İtaliyanın baş nazirinin də Azərbaycana rəsmi səfərə gəlməsi və deyilənləri təsdiq etməsi zəruridir".
Mmillət vəkili Asim Mollazadə bildirib ki, İtaliya prezidentinin Azərbaycana səfəri çox uğurlu oldu: "Avropa Birliyi ölkələrinin arasında İtaliya Azərbaycanın iqtisadi sahədə ən əsas tərəfdaşlarından biridir". Onun sözlərinə görə, bizim ölkələrimiz arasında çoxşaxəli iqtisadi münasibətlər var: "Bununla yanaşı İtaliya Azərbaycanın strateji layihəsi ilə bağlı iştirakçı ölkələrdən biridir. TAP layihəsinin məhz əsas hədəfi İtaliyaya Xəzər hövzəsi ilə enerjini, qazı daşımaqdır. İtaliya prezidenti və onu səfəri zamanı müşahidə edən xidmətin nümayəndələri Azərbaycanın bütün layihələrinə öz dəstəyini ifadə edirlər. Mən bunu çox mühüm bir amil hesab edirəm. Bu il ATƏT-ə sədrlik İtaliyaya keçib. İtaliya Azərbaycana sülh axtarışları istiqamətində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi istiqamətində öz dəstəyini ifadə edib və beynəlxalq hüquq normaları çərçivəsində tezliklə sülhün əldə olunması üçün dəstək olacağını ifadə edir...".

Əli