Ağ Ev: ABŞ hələlik İranla danışıqlar aparmır
27 Avqust 17:07
27 Avqust 17:07
11 Noyabr 2024 11:28
4 305
Danimarkada yaşayan soydaşlarımız Danimarka Türk Ülkü Ocaqlarında 8 Noyabr - Zəfər Gününü qeyd ediblər.
Tədbir barədə güneyli fəal Şahin Ustaçlı xalqcebhesi.az-a məlumat verib: “Zəfər Gününü burada artıq 3-cü ildir qeyd edirik. Bundan öncə, 2022 və 2023-cü ildə də Zəfər Günü tədbiri keçirmişdik. Tədbirin keçirilmə yerini müəyyən etdikdən sonra həm Şimali Azərbaycan, həm Güney Azərbaycan, həm də Türkiyədən olan soydaşlarımız tədbirdə iştirak etdi. Bir yerə yığışıb şəhidlərimizi yad etməyimiz gözəl idi. Allah şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə səbr versin. Allah qazilərimizə şəfa versin. Tədbir çox gözəl keçdi, inşallah Zəfər Gününü bundan sonra da hər il qeyd edəcəyik. Xalqımız bilsin ki, uzaqda olsaq da, biz həmişə Azərbaycanımızı düşünürük, qəlbimiz Azərbaycanladır”.
Qeyd edək ki, tədbir Danimarkanın Arhus şəhərində keçirilib.
Röya İsrafilova
27 Avqust 16:10
889
27 Avqust 15:32
826
27 Avqust 15:24
882
