Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
15 Sentyabr 17:53
15 Sentyabr 17:53
15 Sentyabr 16:45
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
11 Noyabr 2024 12:17
4 522
"Qlobal iqlim dəyişikliyi ilə mübarizə məqsədilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransı bu il "İqlim fəaliyyəti" adlı təşəbbüsü işə salacaq".
APA xəbər verir ki, bu sözləri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil COP29-un açılış mərasimindəki nitqində deyib.
O bildirib ki, Bakıda nəticənin əldə olunması son illərdə bu sahədə irəliyə atılan addımların məntiqi davamı olacaq:
"Bu konfrans iqlim böhranını dayandırmaq üçün yeganə vahid platformadır. Bu istiqamətdə danışıqlar hər il aparılır. Hesab edirəm ki, biz iqlim dəyişikliyi səbəbindən insanların üzləşdiyi fəlakətlərə səssiz qalmamalıyıq. Belə olsa qlobal səviyyədə qeyri-sabitlik meylləri güclənəcək. Biz yeni maliyyə mexanizmlərini məhz Bakıda müəyyən etməliyik. Ölkələr bu sahədə dayanıqlığı təmin etməsə, dünyanın iqtisadi sistemi tamamilə sıradan çıxacaq. Biz qlobal maliyyələşmə sisteminin formalaşması istiqamətində səylə çalışmalı, 6-cı maddə üzrə razılığa gəlməliyik. Dubayda müəyyənləşdirilən məqsədlərə yalnız bu yolla nail olmaq mümkündür. 2024-cü ildə yaşıl enerji infrastrukturuna ayrılacaq vəsaitin həcmində əvvəlki ildən 2 trilyon dollara yaxın məbləğdə artım olacaq. Bu il ölkələrin təqdim etdiyi iqlim planlarının dəstəklənməsi üçün UNFCCC "İqlim fəaliyyəti" adlı nəticəyönümlü planı işə salmağı düşünür. Son illər ərzində irəliyə bir sıra tarixi adamlar atılıb. Buna görə də biz Bakını nəticəsiz tərk edə bilmərik. Hazırda qlobal tərəfdaşlığın yenidən geniş vüsət aldığını göstərmək üçün mühüm fürsət yaranıb".
15 Sentyabr 16:25
833
15 Sentyabr 14:01
812
15 Sentyabr 13:39
861