FHN bəzi təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib Cəmiyyət
- 9 Dekabr 2024 10:00
- 1 617
Araşdırmalar göstərir ki, məişətdə elektrik və qaz təsərrüfatlarında olan nasazlıqlar, habelə ehtiyatsızlıq və nəzarətsizlik yanğın və partlayış hadisələrinin əsas səbəblərindəndir.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciətində bildirilib.
Qeyd edilib ki, nazirlik tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar, fiziki və hüquqi şəxslər tərəfindən təhlükəsizlik qaydalarına laqeyd yanaşma, o cümlədən yol verilən səhlənkarlıqlar sonda acı nəticələrə gətirib çıxarır, insanların həyat və sağlamlığına, eləcə də əmlaka və infrastruktura ziyan vurur.
Qeyd olunanları, xüsusilə ilin soyuq aylarında elektrik və qaz qızdırıcı cihazlarına olan yüksək tələbatın yanğın-partlayış riskini artırdığını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək aşağıda göstərilən mühüm təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır:
- nasaz və standartlara uyğun olmayan elektrik və qaz cihaz və qurğularından istifadə etməməli;
- elektrik və qaz təsərrüfatı daim saz vəziyyətdə saxlanılmalı;
- elektrik və qaz şəbəkəsinin quraşdırılması, habelə təmiri yalnız mütəxəssisə həvalə edilməli;
- elektrik xətləri və uzadıcılarını həddindən artıq yükləməməli;
- elektrik və qaz cihazları uşaqlar tərəfindən istifadə edilməməli və daim nəzarətdə saxlanılmalı;
- mənzil daxilində, eyvan və pilləkən qəfəslərində tezalışan yanar maddə saxlamamalı;
- mənzili tərk edərkən elektrik və qaz cihazlarını işlək vəziyyətdə qoymamalı;
- mənzilə daxil olarkən qaz sızmasının baş vermədiyinə əmin olmadan işıq yandırmamalı, elektrik və qaz cihazlarını işə salmamalı, açıq oddan istifadə etməməli, qaz iyi hiss etdikdə isə dərhal qapı-pəncərələri açmalı, mənzilə qazın girişini bağlamalı və mütəxəssis çağırmalı;
- tam söndürülməmiş kibrit və siqaret kötüyünü zibil qutusuna və ya eyvandan atmamalı.
Göstərilən sadə, lakin çox vacib təhlükəsizlik qaydalarına əməl etməklə, həyat və sağlamlığa, əmlaka mümkün zərərlərin qarşısı alınmış olacaq!
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng vurun!
-
Xalq şairi Zəlimxan Yaqubun məqalələri və müsahibələri yeni kitabda işıq üzü görüb
-
Bilgəhdə aşkarlanan suiti və quş cəsədlərindən nümunələr götürülüb
-
Ötən il Bakıda 2012 yol-nəqliyyat hadisəsi qeydə alınıb
-
İlyas İsmayılov reanimasiyaya yerləşdirilib
-
Kreml: Putin və Tramp arasında danışıqlara predmetli hazırlıq getmir
-
“Yatmış gözəl və cırtdanlar” tamaşası növbəti dəfə səhnədə
-
Salyanda doğranmış meyiti tapılan şəxsin qətlinə görə yeniyetmə oğlu saxlanılıb, arvadı sərbəst buraxılıb
-
Perinatal Mərkəzin direktoru 7 körpənin öldüyü yanğınla bağlı ifadə verməkdən imtina edib - MƏHKƏMƏ
-
“Büdcədə bu istiqamətdə 700 milyondan çox əlavə vəsait nəzərdə tutulub”
-
“ANKA III” PUA-sından ilk raket atışı həyata keçirilib
-
İxracdan əldə olunan pulları ölkəyə qaytarmayan şəxslərlə bağlı cinayət işləri məhkəməyə göndərilib
-
Suriyalılar Ərdoğanı Əməvi məscidinə dəvət edib
-
Bəxtiyar Hacıyevə hökm oxunub
-
Sabah dağlıq rayonlara qar yağacaq
-
Bayden və Netanyahu Qəzzada atəşkəsi müzakirə edib
-
Prezident İlham Əliyev BƏƏ-yə işgüzar səfərə gəlib
-
Azərbaycan xarici işlər nazirinin müavini Maldivə səfər edib
-
Erməni nazir: Avrasiya İqtisadi İttifaqından çıxmaq gündəmdə deyil
-
HP: UNEC xaric edilmiş tələbələr üzrə təhsil xərcini dövlət büdcəsinə qaytarmayıb
-
Hesablama Palatası UNEC-də keçirilən auditin nəticələrini açıqlayıb
-
Goraboyda iki bacı tüstüdən zəhərlənib
-
"Rusiya NATO ölkələrinə hücum etməyəcək"
-
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilib
-
Belgorod bölgəsinə gündə 50-dən çox PUA atılıb
-
Abşeronda hasar uçub, bir Pakistan vətəndaşı ölüb, digəri yaralanıb
-
Rusiya xüsusi hərbi əməliyyat zonasında “Kinjal” hipersəs raketini sınaqdan keçirib
-
Magistraturaya sənəd qəbulu elan edilib
-
Elektron köçürmələrdə müştəri uyğunluğu tədbirlərinin əhatə dairəsi genişləndirilir
-
“Fransa Əlcəzair üzərində də öz hegemoniyasını göstərmək istəyir”
-
Vitse-prezident: Azərbaycanda ilk dəfə keçiriləcək dünya çempionatı ölkəmizdə sumonun inkişafına təkan verəcək
-
Bu gün Xalq artisti Mirzə Babayevin anım günüdür
-
Ekoloji problemi ictimailəşdirən marağalı fəal prokurorluğa çağırılıb
-
Heydər Əliyev Beynəlxalq Aeroportu ötən il 7.5 mln. sərnişinə xidmət göstərib
-
İsrail səfiri Azərbaycana təyinatı ilə bağlı paylaşım edib
-
Goranboyda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib
-
DYP dumanlı hava ilə əlaqədar müraciət edib
-
Somali və Efiopiya diplomatik münasibətlərə yenidən başlayıb
-
Rusiyaya qarşı tətbiq edilən sanksiyaların onun xeyrinədir
-
İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sazişi 47 maddədən ibarətdir
-
PMI-nin vitse-prezidenti: Məqsədimiz siqaret satışına tamamilə son qoymaqdır - MÜSAHİBƏ
-
Rusiya Ukraynada 9 764 ədəd tankın itirib
-
Cənubi Koreya kəşfiyyatı: Kurskda Şimali Koreyanın 300 hərbçisi ölüb, 2700-ü yaralanıb
-
FHN: Ötən sutka 31 yanğına çıxış olub, 3 nəfər xilas edilib
-
“Bütün bunlar ölkəmizin sosial yönümlü siyasət apardığının göstəricisidir”
-
Gəncədə 22 yaşlı gənc intihar edib
-
Balakəndə ev yanıb
-
Bu günün valyuta məzənnələri
-
Bakıda maşın piyadanı vuraraq öldürüb
-
Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıb
-
Nyu-York birjasında təbii qaz 6% bahalaşıb
-
Dünya bazarlarında neftin bahalaşması davam edir
-
Lənkəranda 30 yaşlı kişinin meyiti tapılıb
-
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Həbib Nurməhəmmədov təyyarədən çıxarılmasını şərh edib
-
İraq və Suriyanın şimalında 9 terrorçu zərərsizləşdirilib
-
Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib
-
Kaliforniyadakı yanğınlarda ölənlərin sayı 24-ə çatıb
-
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
-
Dron müharibəsi yeni mərhələyə qədəm qoyur
-
BƏƏ Livandakı səfirliyini yenidən açır