

5 Sentyabr 16:56
5 Sentyabr 16:49
5 Sentyabr 15:50
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“Məktəblərdə hazırda sistematik şəkildə pul yığılmır. Müxtəlif zamanlarda ayrı-ayrı məktəblərdə belə hallarla bağlı şikayətlər olur və bunlar araşdırılır”.
APA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, burada iki məsələ xüsusi qeyd olunmalıdır:
“Məktəblərdə hansısa səbəbdən pul yığılması yolverilməz haldır və bu, dəfələrlə deyilib. Sistem böyükdür. 4400 məktəbin hansısa birində bu hal baş verirsə, biz onu araşdırır və bununla mübarizə aparırıq. Həmçinin rüşvət və bu kimi digər iddialar sonda cinayət xarakteri daşıdığı üçün hüquq mühafizə orqanları tərəfindən də araşdırılır. Biz həmin adamların müvafiq cəza almasının tərəfdarıyıq”.
Nazir vurğulayıb ki, bir müəllimin, məktəbin belə fəaliyyətini bütün məktəblərə şamil etmək düz deyil:
“Belə bir ümumiləşdirmə ən azı məntiqli deyil. Söhbət bir məktəbdən gedirsə, onu araşdırıb təbii ki, ictimaiyyətə bu barədə məlumat verəcəyik. Bizim hazırda ən böyük problemimiz vətəndaş qəbulunda yaşanan anlaşılmazlıqdır. Çünki vətəndaşın şikayəti əsasında sübutlar olmadıqda bunu təsdiq etmək çətin olur. Bu halda cəza tədbiri görüləndə direktor məhkəmə yolu ilə öz işinin bərpasını tələb edir. Biz çalışırıq ki, bu tip məsələlərdə hüquqi prosedurları pozmayaq. Elm və Təhsil Nazirliyi kimisə işdən çıxarır deyə bir anlayış yoxdur”.