Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII qurultayı ilə bağlı paylaşım edildi
ADY: Bakı-Tbilisi-Bakı marşrutu üzrə əlavə reyslərə biletlər bu gündən satışdadır
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB-2 - YENİLƏNİB-1
Azərbaycan və Türkiyə müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər
29 Dekabr 2024 18:12
5 271
Azərbaycanda hərbi xidmətkeçmədə son yaş həddi aşağı endirilib.
Xalqcebhesi.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 111-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında fərmanda öz əksini tapıb.
Sənədə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanların xidmət etdikləri son yaş həddi 35-dən 30-a endirilir.
Bununla, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq.