“Siqaret satışına ciddi nəzarət olmalıdır”
13 Yanvar 19:20
13 Yanvar 19:20
13 Yanvar 18:56
13 Yanvar 17:06
13 Yanvar 16:27
Britaniya 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edə bilər
Şərurda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
Rəsmi Bakı Venesuelada sülh və sabitliyin bərqərar olacağına ümid edir
Ceyhun Bayramov Venesuela XİN rəhbəri ilə Karakasdakı son hadisələri müzakirə edib
Rusiya XİN İranın daxili siyasətinə xarici müdaxiləni pisləyir
10 Yanvar 2025 16:55
3 948
Nəqliyyat sahəsində 2024-cü ildə görülən işlər və 2025-ci ildə planlaşdırılan layihələr haqqında mətbuat konfransı keçirilib.
"APA-Economics" xəbər verir ki, mətbuat nümayəndələri, sahə üzrə ekspertlər və mütəxəssislərin iştirakı ilə keçirilən tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ötən il reallaşdırılan layihər barədə məlumat verib.
Nazir müavini bildirib ki, son 20 ildə Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş islahatlar, görülmüş işlər yol infrastrukturunda ciddi dəyişikliklərə gətirib çıxarıb:
"Respublika üzrə 20,767 km uzunluğunda avtomobil yolları salınmış, yenidən qurulmuş və təmir olunub. 335 ədəd körpü və yol ötürücüsü, 163 ədəd yeraltı və yerüstü piyada keçidi və 45 ədəd tunel tikilib. Hazırda işğaldan azad edilmiş ərazilərdə ümumi uzunluğu 3 371,1 km təşkil edən 44 avtomobil yolu layihəsi icra edilir. 45 tunel, 447 körpü və 16 viadukun tikintisi aparılır".
O qeyd edib ki, ötən illərin uğurlarının təməlində iyirmi il əvvəl nəqliyyat sektorunda başlanmış islahatların səmərəli həyata keçirilməsi dayanır:
"Görülmüş işlərin nəticəsidir ki, 2024-cü ildə bir sıra sahələrdə rekord göstəricilər və nailiyyətlər əldə edilib. Ümuilikdə ölkə ərazisi ilə tranzit yükdaşımaların həcmi 10,5% artaraq 14,8 mln tona çatıb, o cümlədən dəmir yolu ilə tranzitdə 7,3 mln tonn artım qeydə alınıb. Heydər Əliyev Aeroportu üzrə artım 31%, olub. Ötən il metropoliten üzrə sərnişin daşıma 5% artaraq 230 mln nəfərə, dəmir yolu ilə sərnişindaşıma isə 8,5 mln nəfərə çatıb. Bakubus üzrə artım 20% və ya 148 mln nəfər olub. 2024 cü ilin 11 ayında nəqliyyat sektorunda məhsul buraxılışı 13.7% artaraq 13.0 miyard manata çatıb".
13 Yanvar 20:43
903
13 Yanvar 16:36
1 666
13 Yanvar 16:04
994