İran parlamenti Rusiya ilə strateji tərəfdaşlıq müqaviləsini təsdiqləyib Dünya

İran parlamenti Rusiya ilə strateji tərəfdaşlıq müqaviləsini təsdiqləyib

İran parlamenti Rusiya ilə hərtərəfli strateji tərəfdaşlıq haqqında müqaviləni təsdiqləyib.

APA xəbər verir ki, bu barədə dövlət mediası məlumat yayıb.

Qanun layihəsi 201 səsvermədən 191 lehinə, 8 əleyhinə və 2 bitərəf olmaqla qəbul edilib.

Qeyd edək ki, hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilə Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Məsud Pezeşkian yanvarın 17-də imzalanıb.
Saziş 16 apreldə Rusiya Dövlət Duması tərəfindən ratifikasiya edilib.

İran pa