Gəncədə avtomobillə motosiklet toqquşub, xəsarət alan var Hadisə

Gəncədə avtomobillə motosiklet toqquşub, xəsarət alan var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, minik avtomobili ilə motosiklet toqquşub. Qəzada xəsarət alan motosikletin sürücüsü 1983-cü il təvəllüdlü E.Ziyadova xəstəxanaya yerləşdirilib.

Məlumata görə, xəsarət alan şəxs motosikletlə kuryerlik edirmiş.

Faktla bağlı araşdırma aparılır.