

9-cu siniflərin aprelin 13-də baş tutan buraxılış imtahanının nəticələri bu gün açıqlana bilər.
Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.
“Proses esselərin yoxlanılmasına görə yubanıb, amma mənə məlumat verilib ki, proses bu gün yekunlaşacaq” - o bildirib.