
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Naxçıvanda “Xüsusi Təyinatlı Qüvvələr (XTQ) veteranları, şəhid ailələri ilə işin gücləndirilməsi” formu zamanı Naxçıvana qonaq gələn şəhid ailələri və qazilər eləcədə Qardaş Türkiyə Cumhuriyyətindən gələn şəhid ailələri və qaziləri "İnkişafa və islahatlara Dəstək"İctimai Birliyinin sədri Ramil Əliyevin təşəbbüsü ilə,Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına tam orta məktəbin, Şəhid Gizir Pəncəli Teymurovun adını daşıyan sinif otağında qonaq oldular.
Qonaqların içində şəhid gizir Pəncəli Teymurovun anası Vahimə anada var idi. Görüşdə məktəbin müəllim heyətidə iştirak edirdi.Bu Vahimə ananın sinifə ilk gəlişi idi. Görüşdə şəhidlərimizin əziz xatirəsi yad edildi,gələcək nəsillərin vətənpərvərlik ruhunda böyüməsi ruhunda söhbət açıldı və şəhidlərimizin xatirələrinin əbədiləşdirilməsinin gələcək nəsillərə verəcəyi töhvədən söz açıldı.Sonda şəhid gizir Pəncəli Teymurovun anası Vahimə ana şəhidimizin ruhunu əziz tutduqları üçün məktəb rəhbərliyinə təşəkkürünü bildirdi,şəhidimizin portiretini sinifə hədiyyə etdi.
Bu kimi təşəbbüslər şəhid ailələrinə ehtiramın göstəricisi və şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi üçün böyük bir nümunədir!