11:20
658
VII çağırış Milli Məclisin deputatı Azər Allahverənov Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində növbəti görüşünü keçirib. Görüş Kürdəxanı Bələdiyyəsinin inzibati binasında təşkil olunub.
Görüşdə Sabunçu Rayon İcra Hakimiyyətinin Kürdəxanı qəsəbəsi üzrə səlahiyyətli nümayəndəsi, Kürdəxanı Bələdiyyəsinin nümayəndələri və qəsəbə sakinləri iştirak ediblər.
Tədbir zamanı qəsəbənin mövcud vəziyyəti, sakinlərin gündəlik həyatına təsir edən aktual məsələlər – sosial rifah, işsizlik, təhsil, eləcə də infrastrukturla bağlı mövcud çətinliklər ətrafında geniş müzakirələr aparılıb.
Deputat Azər Allahverənov yerli icra və bələdiyyə nümayəndələri ilə birlikdə sakinləri narahat edən məsələlərin operativ şəkildə həlli istiqamətində fikir mübadiləsi aparıb, bəzi problemlərin aidiyyəti qurumlar qarşısında qaldırılması üçün konkret addımlar müəyyənləşdirib.
Deputat həmçinin Kürdəxanı qəsəbəsində yerləşən 113 nömrəli tam orta məktəbdə səfər edərək, təhsil müəssisəsinin ümumi vəziyyəti, binanın texniki durumu və infrastruktur təminatı ilə tanış olub.
Məktəbin fəaliyyəti ilə bağlı mövcud ehtiyaclar yerində araşdırılıb, gələcəkdə həlli vacib olan məsələlər barədə zəruri qeydlər aparılıbdır.
Cavid

