Sabah magistraturaya II cəhd üçün ərizə qəbulu başlayacaq Cəmiyyət

Sabah magistraturaya II cəhd üçün ərizə qəbulu başlayacaq

Sabah magistraturaya qəbulun ikinci cəhdində iştirak üçün qeydiyyat başlayacaq.

Magistratura səviyyəsinə qəbul olmaq istəyən namizədlər qeyd olunan müddət ərzində müvafiq platforma vasitəsilə qeydiyyatdan keçərək ərizələrini təqdim edə bilərlər.

Qəbul prosesi elektron qaydada aparılır və müraciət üçün son tarix 14 aprel müəyyən edilib.

Qeyd edək ki, magistraturaya qəbul imtahanı 17 may tarixində keçiriləcək.