17:16
322
Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Moldovada təhsil alan azərbaycanlı qazilər və digər tələbələr tərəfindən anım tədbiri keçirilib.
Zefer.media xəbər verir ki, tədbir Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbirdə Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, birliyin üzvü olan qazilər və digər tələbələr iştirak ediblər. İştirakçılar daha sonra Ümummilli Liderin xatirəsini ehtiramla yad edərək büstü önünə gül dəstələri düzüblər.
Tədbirdə çıxış edən Bəhruz Məmmədzadə bildirib ki, Azərbaycanın müasir tarixində dərin iz qoymuş görkəmli şəxsiyyətlərdən biri məhz Heydər Əliyevdir.
O qeyd edib ki, Ulu Öndər dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli birliyin qorunması və xalqına sonsuz sevgisi ilə Azərbaycan tarixində silinməz iz buraxmış böyük siyasi liderdir:
“Bu gün də Heydər Əliyev öz adı ilə liderlik nümunəsinin, vətənpərvərliyin və dövlətçiliyin rəmzi kimi xalqın qəlbində yaşayır. Onun müəyyən etdiyi siyasi kurs Azərbaycan dövlətinin inkişafında mühüm rol oynayıb və həmin siyasət ölkənin gələcək inkişaf strategiyasının əsasını təşkil edir”.
Tədbirdə çıxış edən digər iştirakçılar da Ümumilli Liderin dövlətçiliyin möhkəmləndirilməsi, milli həmrəyliyin təmin olunması və güclü ordu quruculuğu istiqamətində həyata keçirdiyi xidmətlərdən danışıblar.
Vurğulanıb ki, dahi şəxsiyyətin ideyaları elə indi də Azərbaycan gəncliyi və vətənpərvər qazilər üçün mühüm örnək olaraq qalır.
Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdirib, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.

14:49
721
13:54
812
10 May 13:50
1 463