Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib - CƏDVƏL
WUF13: Açılış və bağlanış mərasimlərinin keçiriləcəyi zal 6000-ə qədər iştirakçını qəbul edə biləcək
ABŞ nümayəndə heyəti TRIPP üzrə görülən işləri müzakirə etmək üçün Ermənistandadır
Prezident Bakı Olimpiya Stadionunda WUF13 ilə bağlı görülən işlərlə tanış olub
15:56
455
Açılış və bağlanış mərasimlərinin təşkil ediləcəyi tədbir zalı 6000 nəfərə qədər iştirakçını qəbul edə biləcək.
Bu barədə Prezident İlham Əliyev mayın 12-də Bakı Olimpiya Stadionunun ərazisində mayın 17-22-də keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı görülən işlərlə tanış olarkən bildirilib.
Qeyd edilib ki, mövcud hazırlıq səviyyəsi forumun yüksək iştirakçı axınını, çoxsaylı paralel tədbirləri və beynəlxalq nümayəndə heyətlərinin qəbullarını uyğun şəkildə planlaşdırmağa imkan verir.
Forumun əsas müzakirə və paralel tədbirlərinin olacağı zona 3,55 hektar sahəni əhatə edir və iclas zalları, tematik sessiyalar, BMT tədbirləri, paralel görüşlər və ikitərəfli danışıqlar üçün nəzərdə tutulub. Burada müxtəlif formatlı rəsmi və işgüzar görüşlərin eyni vaxtda keçirilməsi üçün şərait var. Forum zamanı gündə təxminən 300-ə qədər paralel sessiya, görüş və tədbirin keçirilməsi planlaşdırılır.