ETİ-də “12 May – Beynəlxalq Bitki Sağlamlığı Günü” münasibətilə tədbir keçirilib Cəmiyyət

ETİ-də “12 May – Beynəlxalq Bitki Sağlamlığı Günü” münasibətilə tədbir keçirilib

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də “12 May – Beynəlxalq Bitki Sağlamlığı Günü” münasibətilə tədbir keçirilib.

İnstitutdan xalqcebhesi.az-a verilən məlumata görə, tədbirdə institutun rəhbərliyi, alimlər və əməkdaşlar iştirak ediblər.

İnstitutun direktoru, professor İbrahim Cəfərov günün əhəmiyyətindən bəhs edərək bitki sağlamlığının kənd təsərrüfatının dayanıqlı inkişafında mühüm rol oynadığını vurğulayıb, bu istiqamətdə görülən işlərin gücləndirilməsinin və innovativ yanaşmaların tətbiqinin vacibliyini diqqətə çatdırıb. O qeyd edib ki, institutun əməkdaşlarının əsas vəzifəsi bitki sağlamlığının qorunmasına xidmət etmək, bu sahədə elmi əsaslı yanaşmaların tətbiqini genişləndirmək və ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verməkdən ibarətdir.

Daha sonra çıxış edənlər bitki sağlamlığının qorunmasının ərzaq təhlükəsizliyi və ekoloji tarazlığın təmin olunmasında vacibliyini qeyd ediblər. Tədbirdə həmçinin bu sahədə görülən elmi-tədqiqat işləri, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə geniş məlumat verilib.

Sonda institut əməkdaşlarına bitki mühafizəsi və sağlamlığının təmin olunmasında göstərdikləri xidmətlərə görə təşəkkür edilib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Cavid