Bu ilin yeddi ayında 21,9 min nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub
Siyəzəndə narkotik yetişdirilməsi və dövriyyəsi ilə məşğul olan 9 nəfər həbs edilib
Ali məktəblərə ixtisas seçimi bu gün başa çatır, 81 mindən çox şəxs ərizəsini təsdiqləyib
Barrak: İsrail, Suriya və Türkiyə arasında toqquşmaların qarşısı alınacaq
18 May 11:32
1 526
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-aprel aylarında 997 min şəxsə 752 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.
ƏƏSMN-dən APA-ya verilən xəbərə görə, onlardan 501 min nəfərə dövlət büdcəsi hesabına müavinət olaraq 424 milyon manat, 407 min nəfərə Prezident təqaüdü olaraq 272 milyon manat, 89 min nəfərə isə sosial sığorta hesabına müavinət olaraq 56 milyon manat ödəniş edilib.
"Ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən dövlət büdcəsi hesabına müavinətlər üzrə 16 faiz, təqaüdlər üzrə isə 17 faiz çox olub.
Yanvar-aprel aylarında daha 52 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 931 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib", - məlumatda deyilir.
10:27
231
10:00
301
18 Avqust 20:04
749