Bu ilin yeddi ayında 21,9 min nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub
Siyəzəndə narkotik yetişdirilməsi və dövriyyəsi ilə məşğul olan 9 nəfər həbs edilib
Ali məktəblərə ixtisas seçimi bu gün başa çatır, 81 mindən çox şəxs ərizəsini təsdiqləyib
Barrak: İsrail, Suriya və Türkiyə arasında toqquşmaların qarşısı alınacaq
18 May 13:19
2 009
Yeni Şəhər Gündəliyi inklüziv, təhlükəsiz, dayanıqlı və davamlı şəhərlərin qurulması üçün beynəlxalq ictimaiyyətin ortaq yol xəritəsi olaraq qalır.
Bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasimində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Prezidenti Annalena Baerbock videomüraciətində bildirib.
Onun sözlərinə görə, Yeni Şəhər Gündəliyinin prinsipləri qəbul edildiyi 10 il əvvəl olduğu kimi bu gün də aktuallığını qoruyur.
“Yeni Şəhər Gündəliyi bizim ortaq yol xəritəmiz olaraq qalır”, – deyə Annalena Berbok qeyd edib.
O vurğulayıb ki, sənədin əsas məqsədi inklüziv, təhlükəsiz, dayanıqlı və davamlı şəhərlərin inkişafını təşviq etməkdir.
BMT Baş Assambleyasının Prezidentinə görə, 2026-cı ilin iyulunda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Yeni Şəhər Gündəliyinin icrasının aralıq qiymətləndirilməsinə həsr olunmuş iki günlük yüksək səviyyəli iclas keçirəcək.
Annalena Berbok əlavə edib ki, həmin toplantı siyasi öhdəliklərin yenilənməsi və sənədin icrasının sürətləndirilməsi üçün mühüm imkan yaradacaq.
10:27
231
10:00
301
18 Avqust 20:04
749