Kəmaləddin Heydərov Xırdalan şəhərində vətəndaşları qəbul edib Cəmiyyət

Kəmaləddin Heydərov Xırdalan şəhərində vətəndaşları qəbul edib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 2 iyun tarixində Xırdalan şəhərində, Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Abşeron və Zəngilan rayonları sakinlərinin qəbulunu keçirib.

FHN-dən verilən xəbərə görə, əvvəlcə, nazir Kəmaləddin Heydərov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Abşeron və Zəngilan rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.

Kəmaləddin Heydərov Xırdalan şəhərində vətəndaşları qəbul edibKəmaləddin Heydərov Xırdalan şəhərində vətəndaşları qəbul edibKəmaləddin Heydərov Xırdalan şəhərində vətəndaşları qəbul edibKəmaləddin Heydərov Xırdalan şəhərində vətəndaşları qəbul edibKəmaləddin Heydərov Xırdalan şəhərində vətəndaşları qəbul edibKəmaləddin Heydərov Xırdalan şəhərində vətəndaşları qəbul edibKəmaləddin Heydərov Xırdalan şəhərində vətəndaşları qəbul edib