13:39
546
Hörmüz boğazı Birləşmiş Ştatlar Amerika-İran memorandumunun şərtlərini yerinə yetirənə qədər bağlı qalacaq.
Xalqcebhesi.az xəbər verir, bu barədə İslam Respublikası Məclisinin (birpalatalı parlament) spikeri Məhəmməd Baqir Qalibaf bəyan edib.
"İrandan blokada qaldırılmayınca, dondurulmuş İran aktivləri azad edilməyincə, neft embarqosu ləğv olunmayınca, bütün cəbhələrdə hədələr və hərbi əməliyyatlar dayandırılmayınca, eləcə də memorandumun digər şərtləri yerinə yetirilməyincə Hörmüz boğazı açılmayacaq", - deyə İranın "Mehr" agentliyi onun sözlərini sitat gətirir.
Məryəm Quliyeva