Azərbaycanda mənzil tikintisinə investisiya qoyuluşu 3%-dən çox artıb İqtisadiyyat

Azərbaycanda mənzil tikintisinə investisiya qoyuluşu 3%-dən çox artıb

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda tikinti sektoruna 2 milyard 348,3 milyon manat investisiya yönəldilib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən bu istiqamətdə 1.6% azalma olub.

Bu məbləğdən mənzil tikintisinə isə 1 milyard 584,3 milyon manat xərclənib. 2025-ci ilin eyni dövrünə nisbətən bu istiqamətdə 3,4% artım qeydə alınıb.

Qeyd edək ki, hesabat dövründə ölkə üzrə əsas kapitala yönəldilən ümumi investisiyaların 21,1%-i tikinti sahəsinin, 14,3%-i isə mənzil tikintisinin payına düşüb.