Pakistanda antiterror əməliyyatları: 9-dan çox döyüşçü məhv edilib Gündəm

Pakistanda antiterror əməliyyatları: 9-dan çox döyüşçü məhv edilib

​Pakistan təhlükəsizlik qüvvələri Bəlucistan əyalətində keçirilən antiterror əməliyyatları zamanı 9-dan çox döyüşçünü zərərsizləşdirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Dawn" nəşri məlumat yayıb.

​Əməliyyatlar geniştərkibli "Rad-ul-Fitnə 3" hərbi əməliyyatı çərçivəsində Ziarat, Xarnay və Surab rayonlarında aparılıb. Pakistan dövlət televiziyasının məlumatına görə, döyüşçülərin məhv edildiyi yerdən böyük miqdarda silah və sursat götürülüb.

​Pakistanın daxili işlər naziri Möhsin Naqvi güc strukturları əməkdaşlarının peşəkarlığını yüksək qiymətləndirib. DİN-in bəyanatında qeyd olunur ki, ekstremist qruplaşmalara qarşı əməliyyatlar təhlükə tam aradan qaldırılana qədər tam həcmdə davam etdiriləcək.

​Əməliyyatlar Bəlucistanda vəziyyətin kəskinləşməsi fonunda keçirilir. Pakistan Münaqişələrin və Təhlükəsizliyin Tədqiqi İnstitutunun (PICSS) iyul hesabatına əsasən, əyalətdə həlak olanların sayı bir ay ərzində 241% artıb.

Məryəm Quliyeva