13:23
301
Dəməşqin Dördüncü Cinayət Məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Vəsim Əsədi hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər kimi təşkil edilən qətllərdə və işgəncələrdə təqsirli bilərək ölüm cəzasına məhkum edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Syria TV" telekanalı məlumat yayıb.
Məlumata görə, məhkəmə Vəsim Əsədi bir neçə şəxsin qəsdən qəsdən öldürülməsində, işgəncə tətbiq etməklə adamöldürmədə, habelə vətəndaş müharibəsini və məzhəblərarası münaqişəni qızışdırmağa yönəlmiş hərəkətlərdə günahkar bilib. Bundan əlavə, ona qarşı qanunsuz azadlıqdan məhrumetmə və hərbi cinayətlər, həmçinin insanlıq əleyhinə cinayətlər kimi işgəncə vermə maddələri üzrə ittihamlar irəli sürülüb.
Məhkəmə həmçinin sağlamlığa davamlı əlilliyə səbəb olan qəsdən zərər vurmaya və dələduzluğa görə onun hər birinə üç il müddətinə azadlıqdan məhrumetmə cəzası və 1 min Suriya funtu məbləğində cərimə təyin edib. Cəzaların birləşdirilməsindən sonra məhkəmə ən ağır cəzanı — ölüm hökmünü qüvvədə saxlayıb.
Bununla yanaşı, sübutların kifayət qədər olmaması səbəbindən Vəsim Əsəd qaçaqmalçılıq və qanunsuz narkotik ticarəti ittihamları üzrə bəraət alıb. Məhkəmə onun daşınar və daşınmaz əmlakı üzərinə icra həbsinin qoyulması barədə qərar çıxarıb.
Məryəm Quliyeva