"Fənərbağça"dan ayrılan Fred Braziliya klubuna keçdi İdman

"Fənərbağça"dan ayrılan Fred Braziliya klubuna keçdi

Türkiyə təmsilçilərindən “Fənərbağça”dan ayrılan Fred karyerasını Braziliyada davam etdirəcək.

33 yaşlı yarımmüdafiəçi “Atletiko Mineyro” ilə müqavilə imzalayıb.

Beləliklə, braziliyalı futbolçu 13 ildən sonra ölkəsinə qayıdıb.

Fred 2023-cü ildə “Mançester Yunayted”dən “Fənərbağça”ya transfer olunmuşdu. O, İstanbul klubunda 129 oyuna çıxıb, 12 qol vurub və 21 məhsuldar ötürmə edib.

Braziliyalı futbolçu daha əvvəl “Şaxtyor Donetsk” və “İnternasional”ın da formasını geyinib.