ABC: Onlarla miqrant Seutadan İspaniyanın materik hissəsinə çatıb
Ukraynanın Dnepropetrovsk vilayətinin daha 16 kəndi boşaldılır
Hacıqabulda 19 yaşlı qadın maşında qətlə yetirilib, qardaşı tutulub
Tramp Hörmüz boğazının ABŞ ərazisi kimi əks olunduğu xəritəni yayımlayıb
Prezident Böyük Britaniyanın Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul edib
14:49
392
Miqrantlar sosial sektorda və ya taksi sürücüsü kimi işləməməlidirlər.
Bu barədə Ədalətli Rusiya Partiyasının sədri Sergey Mironov mətbuat konfransı zamanı deyib.
O bildirib ki, miqrantların sosial xidmətlərdə işləməsini qadağan etməliyik; bir çox bölgələr artıq bunu edib. Onların təhsildə, səhiyyədə, vətəndaşlarımızı taksi ilə daşımaqda heç bir işi yoxdur.
Mironov qeyd edib ki, miqrantlar çox vaxt rus dilində danışmırlar, xarici taksi sürücüləri isə "şəhəri tanımırlar" və yol hərəkəti qaydalarını pozurlar.
Partiya sədri əlavə edib ki, patent sisteminin də ləğv edilməsi lazımdır. Deputatın sözlərinə görə, miqrantlar çox vaxt patent aldıqdan sonra işləmək məcburiyyətində qalmırlar.
"Biz burada mütəşəkkil işə qəbulu tətbiq etməliyik", - deyə o vurğulayıb.