Bakı və Lənkəranın bəzi ərazilərində elektrik enerjisi olmayacaq Cəmiyyət

Bakı və Lənkəranın bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Bu gün Bakı və Lənkəranın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Azərişıq"dan "APA-Economics"ə verilən məlumata görə, iyunun 5-də Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir-təftiş işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək 8-ci km Ticarət Mərkəzində, ətraf ərazilərində və Cəmşid Naxçıvanski küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Məlumata görə, həmçinin Lənkəran Elektrik Şəbəkəsi (EŞ) ərazisində bəzi 10 kV-luq hava xətlərində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq fasilə saat 10:00-dan 13:00-dək Şürük, Türkəkəran, Şıxakəran, Xolmili kəndləri, saat 14:00-dan 16:00-dək Gərmətük, Aşağı Nüvədi qəsəbələri, Viyən, Şilim kəndlərini əhatə edəcək.

Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.