12:10
406
“Qarabağ”ın futbolçusu Renaldo Sefas Azərbaycan Premyer Liqasının I turunda “Şamaxı”ya 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra AZƏRTAC-ın suallarını cavablandırıb. O, komandanın oyununu, Konfrans Liqasının pley-off mərhələsində “Tvente” (Niderland) ilə keçiriləcək qarşılaşmaları, eləcə də Abdullah Zubirin gedişinin komandaya mümkün təsirini və şəxsi çıxışını dəyərləndirib.
- Əvvəlcə oyun barədə fikirlərinizi bilmək istərdim...
- Məncə, yaxşı oyun oldu. İlk hissədəki çıxışımız elə təəssürat yaratdı ki, sanki qələbə qazanmaq istəmirik. Amma ikinci hissədə oyunu nəzarətə götürdük və daha rahat çıxış etdik.
- Bu mövsüm üçün əsas hədəfiniz nədir?
- Mənim üçün əsas məqsəd komandanın qələbə qazanmasıdır. Sadəcə istəyirəm ki, komanda qalib gəlsin. Hədəfim budur.
- “Tvente” ilə oyun barədə nə deyə bilərsiniz? Bu qarşılaşmada şanslarınızı necə qiymətləndirirsiniz?
- “Tvente” ilə oyuna da digər matçlar kimi yanaşmalıyıq. Meydana qələbə qazanmaq üçün çıxacağıq. Əsas odur ki, oyunu qalib kimi başa vuraq. O zaman hər şey yaxşı olacaq.
- Komandanın aparıcı üzvü Abdullah Zubir “Qarabağ”la vidalaşdı. Sizcə, onun gedişi komandanın oyununa nə dərəcədə təsir edəcək?
- Bu, bizim üçün böyük itkidir. Zubir komandanın ən vacib futbolçularından biri idi. Onun getməsi təbii ki, təsir edir. Amma futbol belədir: bəzi oyunçular gedir, yeniləri gəlir. Biz də buna uyğunlaşmalı və oyunumuza davam etməliyik.
- Öz çıxışınızı necə qiymətləndirirsiniz?
- Düşünürəm ki, normal çıxış edirəm. Hələ 100 faiz hazır deyiləm, amma getdikcə formaya düşürəm. Bir neçə oyundan sonra ən yaxşı vəziyyətə çatacağıma inanıram.
12:08
406
13 Avqust 10:23
1 862
12 Avqust 10:14
2 184