Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edib Cəmiyyət

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edib

Oktyabrın 16-da Baş prokuror Kamran Əliyev Bakı şəhəri Səbail rayon prokurorluğunun inzibati binasında Səbail rayonundan olan vətəndaşları qəbul edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, qəbuldan əvvəl inzibati binada Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət edilib.

Qəbulda iştirak edən 27 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edibBaş prokuror Səbail rayonunda vətəndaşları qəbul edibBaş prokuror Səbail rayonunda vətəndaşları qəbul edib