Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmiş şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib
Azərbaycan informasiya resurslarına qarşı DDoS hücumlarında kommersiya xidmətindən istifadə edilib
“Azərbaycanın AQEM sədrliyi ölkənin beynəlxalq nüfuzunu artıran mərhələ oldu”
Lukaşenko: "Ukraynada sülh bağlanmasa, gələn il şərtlər pisləşəcək"
Belarus ikinci atom elektrik stansiyasının tikintisini nəzərdən keçirir
15:43
483
Oktyabrın 16-da müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü” təliminin 3-cü görüşü və 1-ci səviyyəli özünü qiymətləndirmə təlimi çərçivəsində NATO-nun nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, general-polkovnik K.Vəliyev peşəkar hərbi kadrların hazırlanmasında Azərbaycan ilə NATO arasında münasibətlərin xüsusi əhəmiyyət kəsb etdiyini və bu əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
NATO-nun dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında böyük rola malik olduğu bildirilən görüşdə qarşılıqlı səfərlərin, müxtəlif formatlarda keçirilən görüşlərin, təlimlərin və kusrların vacibliyi diqqətə çatdırılıb.
Tərəflər həmçinin NATO ilə hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
16:08
392
15:36
497
15:35
553
