13:55
378
Ukrayna hərbçiləri "Patriot" kompleksləri üçün raket tutucu ehtiyatlarını demək olar ki, tamamilə bitiriblər və bu sursatların tədarükü may ayından bəri qeyri-müntəzəm xarakter daşıyır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, oktyabrın 7-nə olan vəziyyətə əsasən hərbçilərin sərəncamında cəmi 10 raket qalmışdı və onlar hücumların dəf edilməsi zamanı istifadə olunub. Hazırda isə cəmi bir neçə tutucu raket qalıb, bəzi mənbələr isə ölkənin bu ehtiyatları tamamilə tükəndirdiyini bildirirlər.
Buna baxmayaraq, NATO Avropa dövlətləri tərəfindən maliyyələşdirilən PURL hərbi satınalma proqramı çərçivəsində Kiyevə raketlərin ötürülməsini davam etdirir. Bir batareyasının dəyəri 1 milyard dollar, bir raketinin qiyməti isə 4 milyon dollardan baha olan komplekslərin istehsalı 36 ayadək vaxt tələb edə bilir. WP-nin məlumatına görə, ABŞ öz defisitini aradan qaldırmaq üçün tərəfdaşlar tərəfindən alınan silahların bir hissəsini Yaxın Şərqə yönəltməyi də nəzərdən keçirib.
Məryəm Quliyeva