13:34
532
İran Ermənistana etibar edir və İrəvanın İslam Respublikasının təhlükəsizliyinə təhdid yaradacaq addımlar atmayacağına əmindir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi İrəvanda jurnalistlərə bəyan edib.
"Biz erməni dostlarımızla sıx təmasdayıq və bilirik ki, onlar İranın təhlükəsizliyinə qarşı heç bir addım atmayacaqlar", - deyə nazir qeyd edib.
Əraqçi İrəvana İran Prezidenti Məsud Pezeşkyanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində COP17 iqlim sammitində iştirak etmək üçün gəlib.
Xatırladaq ki, bir qədər əvvəl TRIPP layihəsi ("Tramp marşrutu") barədə danışan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İranın "Tramp marşrutu"nda ABŞ hərbi iştirakının olub-olmayacağı ilə maraqlandığını və bu suala mənfi cavab aldığını bildirmişdi.
Məryəm Quliyeva