Çin ABŞ ilə münaqişədə İrana hərbi dəstək verməsi barədə məlumatları təkzib edib Dünya

Çin ABŞ ilə münaqişədə İrana hərbi dəstək verməsi barədə məlumatları təkzib edib

Çin ABŞ ilə münaqişə başladıqdan sonra İrana hərbi dəstək göstərməyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Amerika mediasının Pekinin Tehrana, o cümlədən ABŞ obyektlərinin peyk şəkillərini ötürməklə köməklik göstərməsi ehtimalı haqqında nəşrləri fonunda Çinin Vaşinqtondakı səfirliyindən bildirilib.

Çin səfirliyindən bu məlumatların həqiqətə uyğun olmadığını adlandıraraq, onların "heç bir faktiki əsasa malik olmadığını" bəyan ediblər.

Orada həmçinin vurğulanıb ki, Çin "həmişə sülh naminə çalışır" və bütün tərəfləri Fars körfəzi bölgəsində sülhün tezliklə bərpa olunmasına nail olmağa çağırıblar.

Məryəm Quliyeva