İraq ABŞ-İran münaqişəsindən 60 milyard dollar zərər çəkib Gündəm

İraq ABŞ-İran münaqişəsindən 60 milyard dollar zərər çəkib

İraqın ABŞ və İran arasında davam edən hərbi münaqişə nəticəsində çəkdiyi iqtisadi zərər təxminən 60 milyard dollar təşkil edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyi Romada keçirilən İraq-İtaliya danışıqlarının yekunlarına dair mətbuat relizində məlumat yayıb.

"ABŞ və İran arasında davam edən münaqişə iqtisadi itkilərə gətirib çıxarıb. İraq təxminən 60 milyard dollar dəyərində zərər çəkib", - deyə İraqın xarici işlər naziri Fuad Hüseynin sözləri nazirliyin saytında dərc olunan sənəddə yer alıb.

İraq XİN rəhbəri həmçinin İran-ABŞ münaqişəsinin qlobal iqtisadi təhlükəsizliyə mənfi təsir göstərdiyini vurğulayaraq, Avropa ölkələrini sülh təşəbbüslərinə fəal dəstək verməyə çağırıb.

Məryəm Quliyeva