Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmiş şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib
Azərbaycan informasiya resurslarına qarşı DDoS hücumlarında kommersiya xidmətindən istifadə edilib
“Azərbaycanın AQEM sədrliyi ölkənin beynəlxalq nüfuzunu artıran mərhələ oldu”
Lukaşenko: "Ukraynada sülh bağlanmasa, gələn il şərtlər pisləşəcək"
Belarus ikinci atom elektrik stansiyasının tikintisini nəzərdən keçirir
15:19
546
İsveçin "Saab" hərbi-sənaye konserninin Linçöping şəhərindəki zavodunda "S 106 GlobalEye" uzaq mənzilli radarlarla aşkarlama və idarəetmə üzrə ilk təyyarəsi təqdim olunub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsveç Silahlı Qüvvələrinin mətbuat relizində bildirilir.
"İsveç NATO-da "Saab GlobalEye" (S 106) təyyarəsindən istifadə edən ilk ölkə olacaq. Niderland ilə birlikdə İsveç bu texnologiyanın birgə işlənməsi və tətbiqi məqsədilə dərinləşdirilmiş əməkdaşlığa başlayıb", - deyə bəyanatda qeyd olunur.
"Bombardier Global 6000" bazasında yaradılan "S 106" təyyarəsinin növbəti mərhələdə sınaq uçuşları keçiriləcək və onun 2027-ci ildə Hərbi Hava Qüvvələrinə təhvil verilməsi planlaşdırılır. İsveç HHQ komandanı Yonas Vikman tərəfdaşların bu texnologiyaya marağının artdığını bildirib. Niderlanda tədarükün 2031-ci ilə planlaşdırıldığı, NATO-nun isə 2025-ci ilin yayında bu tipdən 10-adək təyyarə almağı nəzərdə tutduğu qeyd olunub.
Məryəm Quliyeva