Azərbaycanda ət və yumurta istehsalı artıb İqtisadiyyat

Azərbaycanda ət və yumurta istehsalı artıb

Bu ilin yanvar-sentyabr aylarında diri çəkidə 447,4 min ton ət, 1 milyon 698,8 min ton süd, 1 milyard 810,7 milyon ədəd yumurta, 14,1 min ton yun, 155,8 ton barama istehsal olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 3 faiz, yumurta istehsalı 1,2 faiz artıb, yun istehsalı 3,4 faiz, barama istehsalı 16,5 faiz azalıb, süd istehsalı isə ötən ilin səviyyəsində qalıb.