Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
Prezidentin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Azərbaycan XİN 27 sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
15 Noyabr 2022 11:11
5 068
Zənganlı hüquq müdafiəsi Nərgiz Məhəmmədi BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhmana yazdığı məktubda ondan İran xalqının inqilabi qiyamının məhbuslarına qarşı edam hökmünün qarşısının alınmasını istəyib.
Həbsdə olan hüquq müdafiəçisi Cavid Rəhmana yazdığı məktubda etirazçılara qarşı “həbs, işgəncə və ağır cəzaların verilməsi və icrasını dayandırmaq üçün” Birləşmiş Millətlər Təşkilatının bütün güc və imkanlarından istifadə etməyi və etirazçılara qarşı edam cəzalarının çıxarılmasının qarşısının alınmasını tələb edib.
Hüquq Müdafiəçiləri Mərkəzinin sözçüsü Nərgiz Məhəmmədi məktubda yazıb ki, bu sərəncamların verilməsi yalnız “terror yaratmaq və xalq üsyanını yatırmaq” məqsədi ilə həyata keçirilir.
O, hazırda etirazçıların döyülməsi, həbsi və küçələrdə öldürülməsini repressiyaların ilkin mərhələsi adlandırıb və hakimiyyətin saxta məhkəmələr vasitəsilə çox sayda etirazçını edam cəzasına məhkum etməyə hazırlaşdığı barədə xəbərdarlıq edib.
Azərbaycanlı hüquq müdafiəçisinin məktubu son günlər İran Məhkəmə Sisteminin bir neçə etirazçı barəsində ölüm cəzası verməsi ilə eyni vaxta təsadüf edir.
Qeyd edək ki, əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan Nərgiz Məhəmmədi hal-hazırda Tehranın Evin zindanında saxlanılır və 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.
Gunaz.tv
25 Sentyabr 17:18
1 064
22 Sentyabr 13:37
2 086
21 Sentyabr 10:47
2 366