29 Avqust 11:17
28 Avqust 14:41
ABŞ İrana təzyiq göstərmək üçün banklardan birinə qarşı sanksiyalar tətbiq edəcək
ABŞ İranın blokadası bərpa edildikdən sonra 83 gəminin marşrutunu dəyişib
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
14 Mart 2024 12:35
7 931
Martın 13-də futbol üzrə İran Premyer Liqasının 20-ci turunun oyunları çərçivəsində "Traxtur" Tehranın "Həvadar" komandası ilə qarşılaşıb.
Gunaz.tv
Təbrizin "Səhənd" stadionunda keçirilən oyunda Təbriz təmsilçisi Tehran komandasını 4-2 hesabı ilə məğlub edib.
Bu qələbədən sonra xallarını 35-ə yüksəldən “Traxtur” turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.
Stadiona toplaşan "Traxtur" tərəfdarları "Urmu, Zəncan, ərdəbil- Bu səs Təbrizdən gəlir", "Bu torpaqdan pay olmaz", "Azərbaycan var olsun, istəməyən kor olsun" və başqa bu kimi şüarlar səsləndiriblər.
Bununla yanaşı onlar "Urmu Azərbaycanın ürəyidir" yazılmış və Azərbaycan Respublikası ilə Güney Azərbaycan xəritəsinin təsvir olunduğu plakalar açıblar.
"Traxtur"çular başqa bir plakatda isə son parlament seçkilərində Urmudan kürd namizədlərin parlamentə təyin edilməsinə etirazlarını bildirib, bunu İran hökuməti ilə terrorçu kürd qruplaşmalarının birgə planı olduğunu yazıblar.
Başqa plakatda isə "Mühacir kürdlər Azərbaycanda çağırılmamış qonaqlardır, Sulduz və Qarapapaq taleyini unutmayın", "“Müstəqil Azərbaycan, işğal olunmuş Azərbaycan və Zənguur”" sözləri qeyd olunub.
28 Avqust 10:48
1 785
25 Avqust 11:15
2 940
25 Avqust 11:13
2 814