29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
13 İyun 2024 15:05
9 296
Son illər Energitika Nazirliyinin on milyardlar dollar hesabına inşa etdiyi bəndlər faydasız olub, Urmu gölünün quruması ilə yanaşı otlaqların, tarixi yerlərin və dəyərli torpaqların su altında qalaraq məhv olması ilə nəticələnib.
Gunaz.tv
Bu sözləri "Dideban Kuhestan" Assosiasiyasının başçısı və ətraf mühit fəalı Abbas Məhəmmədi deyib.
O, Urmu gölünün hazırkı durumunun acınacaqlı olduğuna diqqət çəkərək, prosesin belə davam edəcəyi təqdirdə təbiət abidəsinin tamamilə quruyacağı barədə xəbərdarlıq edib.
"Gölü axan çayların qarşısında onlarla bənd tikilib və bu Urmu gölünün su ilə təmin olunmasının qarşısını alıb",- deyə ekoloq bildirib.
Abbas Əbdi son mövsümi yağıntılardan sonra göldə su həcminin nisbi şəkildə artmasını aldadıcı adlandırıb, gölün bərpası üçün həm də bölgədə aparılan qeyri-üsuli və çox su tələb edən məhsulların əkininin dayandırılmalı olduğunu söyləyib.
Ekoloq bununla yanaşı Urmu gölü ətrafında çox sayda quyuların qazılmasının da quruma prosesinin sürətlənməsinə səbəb olduğunu, bunun məsuliyyətinin hökumətin üzərinə düşdüyünü qeyd edib.
Qeyd edək ki, mövsümi yağıntılardan sonra hazırda Urmiya gölünün sahəsi 1790 kvadrat kilometrə, su həcmi isə 2 milyard 34 milyon kubmetrə çatıb.
Nəzərə almaq lazımdır ki, Urmu gölünün minimum ekoloji su həcmi 15 milyard kubmetr, maksimum ekoloji su həcmi isə 30 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.
28 Avqust 10:48
1 750
25 Avqust 11:15
2 898
25 Avqust 11:13
2 786