29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
27 Dekabr 2024 14:51
10 941
Hazırda Qərbi Azərbaycan əyalətinin Urmu, Xoy və Salmas bölgələrində torpaq çökməsi ciddi problem olsa da, bu Salmas və Kəhriz düzənliklərində şidddətli səviyyəyə çatıb.
Gunaz.tv
Bu barədə Qərbi Azərbaycan Regional Su Təsərrüfatı İdarəsinin yeraltı su tədqiqatları şöbəsinin müdiri Abbas Məhəmmədi xəbərdarlıq edib.
"Adı çəkilən bölgələrdə vəziyyət kritikdir və Azərbaycan Geoloji Təşkilatının araşdırmalarına görə ölkədə ardıcıl quraqlıqlar və son illərdə baş verən iqlim dəyişiklikləri nəticəsində Qərbi Azərbaycan əyalətinin rayonlarında torpaqların çökmə sürəti artıb",- o bildirib.
Məhəmmədi, Qərbi Azərbaycan əyalətində torpaq çökməsi prosesinin 2006-cı ildən başladığını, son illər isə bunun sürəti və əhatə etdiyi ərazinin artdığını söyləyib.
Onun sözlərinə görə, hazırda əyalətdə ortalama illik torpaq çökməsi 7 santimetrdir.
Qeyd edək ki, bundan əvvəl İranın şimal-qərb bölgəsinin Geologiya və Mineral Kəşfiyyat Təşkilatının başçısı Əbdülhəmid Sərtipi də, yeraltı suların tükənməsi nəticəsində Xoy, Salmas və Urmu çöllərində torpaq çökməsinin təhlükəli səviyyəyə çatması barədə açıqlama yayıb.
28 Avqust 10:48
1 652
25 Avqust 11:15
2 807
25 Avqust 11:13
2 702