Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ Hadisə

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Sentyabrın 1-i gündüzdən 2-si axşamadək bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.