10:54
238
Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçıları sammitdə Bişkek bəyannaməsini imzalayıblar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə sammitin təşkilat komitəsindən məlumat verilib.
"Dövlət başçıları növbəti sənədləri imzalayıblar: Şanxay Əməkdaşlıq Təşkilatının 25 illiyinə dair Bişkek Bəyannaməsi", — deyə təşkilat komitəsinin məlumatında bildirilir.
Bəyannamədən əlavə, daha 27 sənəd imzalanıb. Bunların arasında ŞƏT-ə üzv dövlətlərin təhlükəsizliyinə yönəlmiş çağırış və təhdidlərə qarşı mübarizə üzrə Universal Mərkəz haqqında Əsasnamə və təşkilata üzv dövlətlərin liman və logistika mərkəzlərinin inkişafı üzrə 2026–2030-cu illəri əhatə edən fəaliyyət planı da var.
Məryəm Quliyeva