Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
Prezidentin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Azərbaycan XİN 27 sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
9 Aprel 2021 15:49
6 846
Ona qarşı irəli sürülən ittihamlarla bağlı məhkəmə iclasının tarixi açıqlanmır.
Urmu şəhərinin keçmiş bələdiyyə başçısı Məhəmməd Həzrətpur aprelin 8-də sərbəst buraxılıb.
O, girov qarşılığında məhkəmənin son qərarının elan olunmasına qədər müvəqqəti azadlığa çıxıb.
Keçmiş bələdiyyə başçısının son məhkəmə iclasının vaxtı barədə açıqlama verilməyib. Məhkəmənin qəti qərarının tarixi barədə heç bir məlumat yoxdur.
Bir müddət öncə sosial mediada yayılan məlumatlara görə, Urmu şəhərinin keçmiş bələdiyyə başçısı, onun bir neçə müavini və bələdiyyə əməkdaşı Tehranın İnqilab və Ümumi Məhkəməsinin istintaq bölməsi tərəfindən odlu silahların alveri, saxlanılması, daşınmasında, habelə korrupsiya və dövlət əmlakını talamaqda günahlandırılıb.
Qeyd edək ki, Urmu şəhərinin keçmiş bələdiyyə başçısı Məhəmməd Həzrətpur yanvar ayının 11-də İranın təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.
O, bir gün sonra ETTELAAT məmurları tərəfindən “ətraflı izahat” almaq üçün Tehrana aparılıb və orada dindirilib.
Məhəmməd Həzrətpur Qərbi Azərbaycan, özəlliklə Urmuda yaşayan mühacir qeyri-türk sakinlərin hədəfində olub, dəfələrlə “Türkiyə Cumhuriyyətinə, Azərbaycan Respublikasına casusluqda və pantürkizmdə" günahlandırılıb.
Gunaz.tv
25 Sentyabr 17:18
1 057
22 Sentyabr 13:37
2 079
21 Sentyabr 10:47
2 359