27 Sentyabr 2022 16:19
9 464
Qətər 2022-ci il futbol üzrə dünya çempionatının keçirilməsi üçün 200 milyard dollar vəsait xərcləyib.
Bu barədə qərb KİV-ləri yazır.
Qeyd olunur ki, bu, indiyədək iri turnirlərin təşkili üçün sərf olunan ən yüksək məbləğdir.
Bundan əvvəlki rekord göstərici 2014-cü ildə keçirilən dünya çempionatında qeydə alınmışdı. Həmin turnirin təşkili üçün Braziliya 15 milyard dollar xərcləmişdi.
2018-ci ildə isə Rusiyanın turnirin təşkilinə ayırdığı xərc 11,6 milyard dollar təşkil etmişdi.
Qeyd edək ki, Qətərdə futbol üzrə dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.
19 Mart 17:23
2 212
19 Mart 16:36
2 156
19 Mart 15:33
2 142