İtaliyalı “Çelsi” və “Liverpul”un hədəfində İdman

İtaliyalı “Çelsi” və “Liverpul”un hədəfində

“Çelsi” yay transfer planlamasına start verib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, London klubu italiyalı Federiko Kyeza ilə maraqlanır.

İtaliya yığmasının futbolçusunun yayda “Yuventus”u tərk etməsi gözlənilir. “Çelsi” Kyezanın komandadakı vəziyyətindən istifadə etmək arzusundadır. 26 yaşlı oyunçunu “Liverpul” da transfer siyahısına daxil edib. Onun qiyməti 40 milyon avro dəyərləndirilir.
Qeyd edək ki, Federiko 2023/2024 mövsümündə 25 qarşılaşmada 7 qol və 2 ötürmə ilə yadda qalıb.