26 Dekabr 21:04
26 Dekabr 20:22
30 Oktyabr 2024 20:28
4 284
"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsində iki oyunu İctimai televiziyada canlı yayımlanacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə telekanalın rəsmi Feysbuk səhifəsi məlumat yayıb.
"İTV" noyabrın 7-də Norveçdə "Bodo Qlimt"lə və gələn il yanvarın 31-də Yunanıstanda "Olimpiakos"la keçiriləcək səfər matçlarını birbaşa nümayiş etdirəcək.
Telekanalın İdman Departamentinin rəhbəri Kənan Hakimov Qol.az-a açıqlamasında məsələ ilə bağlı bildirib:
"Əvvəlcədən müqavilədə belə razılaşıdırılıb ki, 2 səfər matçı İTV-də nümayiş olunacaq. Biz də "CBC Sport" telekanalı ilə qarşılıqlı razılığa əsasən bu iki oyunu seçmişik".
Xatırladaq ki, "Qarabağ"ın digər avrokubok oyunlarının yayım hüququ "CBC Sport"a məxsusdur.
26 Dekabr 15:51
1 190
26 Dekabr 15:02
1 239
26 Dekabr 15:01
1 197