
Nyu-Meksiko universitetində atışma baş verib
25 İyul 18:00
25 İyul 18:00
25 İyul 17:38
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Qalib gələ bilmədiyimiz üçün məyusuq.
Xalqcebhesi.az xəbər verir, bunu Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının V turunda Estoniya ilə keçirilən matçdan sonra mətbuat konfransında bildirib.
"Rəqib komandanın qapıçısı çox yaxşı oyun nümayiş etdirdi. İlk 20 dəqiqə bərabər səviyyədə keçdi. Demək olar ki, hər iki komanda təhlükəli qol epziodları yarada bilirdi. 20 dəqiqədən sonra isə futbolçularım ancaq hücum futbolu nümayiş etdirdilər. Əlimizdən gələni etsək də, qalib gələ bilmədik. Futbolda bu cür nəticələr olur. Futbolçularımız bu oyuna xüsusi yanaşırdılar. Qalib gələ bilmədiyimiz üçün məyusuq. Rəqib komanda çox yaxşı müdafiə olunurdu", - Santuş bildirib.
Santuş millinin gələcəyi ilə bağlı nikbin və düzgün yolda olduğunu vurğulayıb.
Qeyd edək ki, Azərbaycan yığması C Liqasının I qrupunun oyununda Qəbələdə Estoniya ilə qolsuz bərabərə qalıb.