SDG/YPG-yi “önəmli” göstərən faydalı bir aparat: İŞİD
1 Yanvar 20:38
1 Yanvar 20:38
1 Yanvar 18:31
30 Dekabr 2025 23:00
18 Dekabr 2024 14:08
5 943
On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Abdullayev ilə yollar ayrıla bilər.
Bu barədə AFFA-nın texniki direktoru Cahangir Həsənzadə məlumat verib. O, təcrübəli mütəxəssislə bununla bağlı danışıqlar apardığını bildirib: “Texniki idman şöbəsi ilə U-19-un məşqçilər korpusu arasında müqavilənin uzadılmaması barədə ilkin danışıqlar olub. Mən də öz hesabatımı ötən gün AFFA-nın İcraiyyə Komitəsinin (İK) iclasında səsləndirdim. Lakin son qərarı İK üzvləri verəcəklər. Elxan Abdullayevin yığmadakı müqaviləsinin müddəti gələn il yanvarın 1-də başa çatacaq”.
54 yaşlı çalışdırıcı 2021-ci ildən U-19 yığmasına rəhbərlik edir.
Qeyd edək ki, daha əvvəl U-21 millisinin baş məşqçisi Samir Əliyevlə də müqavilənin uzadılmayacağı açıqlanıb.
30 Dekabr 2025 15:19
1 960
30 Dekabr 2025 11:47
2 023
30 Dekabr 2025 11:47
1 995