YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır
Azərbaycanla Özbəkistan arasında konstitusiya ədalət mühakiməsi sahəsində əməkdaşlıq müzakirə edilib
PMCG: Orta Dəhlizin inkişafı yalnız tranzitlə məhdudlaşmamalıdır
Dünya Bankının rəsmisi: Azərbaycan regional iqtisadi əməkdaşlıq üçün mühüm imkanlara malikdir
12 Fevral 2025 15:45
6 895
Azərbaycan badminton millisi Bakıda ilk dəfə təşkil olunan qarışıq komandaların Avropa çempionatında ilk oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, birinci qrupda yer alan yığma Bakı İdman Sarayında İngiltərə seçməsi ilə qarşılaşıb. Milli komanda gərgin və maraqlı mübarizə şəraitində keçən matçda rəqibinə 2:3 hesabı ilə uduzub.
Qarışıq qoşa kateqoriyasında Diki Pangestu - Keişa Fatimə Zəhra tandemi Roy İston - Lizzi Tolman cütünə 0:2 (12-21,9-21) hesabı ilə məğlub olub. Kişi badmintonçuların şəxsi yarışında Edi Reski Dviçayo hər iki setdə Harri Huanqdan üstün olub - 2:0 (27-25, 21-13).
Ardınca qadınların şəxsi mübarizəsində Keişa Fatimə Zəhra Freya Redferni 2:0 (21-11,21-7) hesabı ilə məğlub edib.
Ümumi hesabda 2:1 hesabı ilə önə keçən Azərbaycan yığması kişilərin və qadınların qoşa yarışında rəqiblərinə yenilib. Aqil Qəbilov - Diki Pangestu qoşası Kallum Hemminq - İtan Van Leuvenə 0:2 (12-21, 7-21) hesabı ilə uduzub.
Leyla Camalzadə - Həcər Nuriyeva cütü isə qadınların qoşa yarışında Ebbigeyl Harris – Estelle Van Leuven qoşasına 0:2 (6-21, 9-21) hesabı ilə məğlub olub.
Azərbaycan millisi qrupda növbəti oyununu fevralın 13-də İspaniya yığmasına qarşı keçirəcək. Görüş saat 10:00-da başlayacaq.