

20 May 15:58
Ukrayna münaqişəsinə son qoyulması Donbas və Novorossiyanın Rusiya üçün beynəlxalq səviyyədə tanınmasına kömək edəcək.
Xalqcebhesi.az verir ki, bu fikri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda çıxışı zamanı deyib.
Medvedyev qeyd edib ki, digər ölkələrin bu məsələyə münasibəti onların siyasi mövqeyindən asılıdır:
“Düşünürəm ki, hazırda davam edən münaqişənin sona çatmasının nəticələri bütün bunlara bu və ya digər şəkildə öz təsirini göstərəcək”.