İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
7 İyul 2025 20:26
3 731
İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatında iştirak edən Azərbaycanın sərbəst güləşçiləri Vətənə qayıdıblar.
“Report” xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Qeyd edək ki, komanda qitə birinciliyində 5 medal qazanıb.
Yığmamız 1 qızıl, 2 gümüş və 2 bürünc medalla 133 xal toplayıb və Avropa ikincisi olub. Gürcüstan (164) birinci, Ukrayna (81) isə üçüncü yeri tutub.
Xatırladaq ki, böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Vasif Bağırov (57 kq) qızıl, Muradxan Omarov (79 kq) və Yusif Dursunov (125 kq) gümüş, Omar Gülməmmədovla (74 kq) Anar Cəfərli (92 kq) isə bürünc medal qazanıblar.
16 Yanvar 20:36
1 617
16 Yanvar 18:03
1 673
16 Yanvar 17:22
1 743